>>
Dünyada elektron biletlərin vahid standartı yaradılacaq
Tarix : 2012-11-25
| Hal-hazırda bu məsələ ilə Beynəlxalq hava nəqliyyatı Assosiasiyası məşğul olur. Belə ki, təşkilat nümayəndələri elektron biletlərin vahid standartının hazırlanması üzrə çalışırlar. Vahid standart biletlərin onlayn sifarişi üçün olduqca geniş imkanlar yaradacaq. Bundan əlavə, sərnişinlər təyyarənin göyərtəsində təklif etdiyi xidmətlərin çeşidini daha da konkretləşdirmək imkanı əldə edəcəklər. Qeyd etmək lazımdır ki, artıq iki ildən sonra elektron aviabiletlərin vahid standartı tətbiq edilə bilər.
|
|