logo
TURİZM
AZ | EN | RU
Bütün xəbərlər
11/08/2014 - Çində dünyada bənzəri olmayan otel tikilir

04/04/2014 - 2014-cü ildə yaşamaq üçün ən yaxşı şəhərlərin reytinqi

14/02/2014 - Çernoblı addım-addım gəzə bilərsiniz

21/10/2013 - Dubayda su altında otel inşa olunacaq

11/08/2013 - Sidneyin kafesində pul əvəzinə öpüş qəbul edirlər

21/05/2013 - Azərbaycanın turizm potensialını əks etdirən sənədli film çəkilir

20/04/2013 - Ən məşhur otellərin yerləşdiyi şəhərlərin adları açıqlanıb

17/04/2013 - Londonun mərkəzində qədim şəhər tapılıb

14/04/2013 - Florensiyada “Bəyaz gecə” festivalı keçiriləcək

08/04/2013 - Panda həvəskarları üçün otel açılacaq

Ən çox baxılanlar
16/03/2010 - QUSAR OLİMPİYA KOMPLEKSİ

06/04/2010 - YANARDAĞ

29/04/2010 - AZƏRBAYCAN

22/06/2010 - AZƏRBAYCAN

06/04/2010 - QƏBƏLƏ

11/08/2014 - Çində dünyada bənzəri olmayan otel tikilir

29/03/2010 - GÖYGÖL

16/04/2010 - PRAQA

21/04/2010 - KEYPTAUN

14/03/2010 - TƏBRİZ

Axtarış
ARXİV
Arxivdən istədiyiniz xəbərlər seçdiyiniz tarixi əhatə edəcək !
 
x
123
456789
101112131415
161718192021
222324252627
28293031
 
 
Azərbaycan >>

Bakıda Avropanın ən böyük qapalı ailəvi əyləncə və istirahət mərkəzi açılıb

Tarix : 2012-12-23

Dekabrın 20-də "Yeni Həyat" şirkəti Avropanın ən böyük qapalı ailəvi əyləncə və istirahət mərkəzi olan "Megafun"un qapılarını ilk dəfə uşaq evlərindən olan kiçik ziyarətçilər üçün açıb.
Bir neçə saat ərzində uşaqlar əsl nağıllar aləminə qərq olaraq dünyanın ən müasir oyun aparatları və attraksionlarını sınaqdan keçiriblər. Burada onları yalnız əsrarəngiz əyləncələr deyil, eyni zamanda gözəl sürprizlər gözləyirdi.

"Megafun" əyləncə mərkəzi Bakının tam mərkəzində Nobel prospekti, 15 ünvanında yerləşən "Azure" (Azur) əyləncə və alış-veriş mərkəzinin bir hissəsidir. "Azure" unikal memarlıq üslubuna malik, müasir, gözəl və rahat interyerə malik bir məkandır.

Burada "Megafun" ilə birlikdə ən incə zövqləri oxşaya biləcək mağazalar və demək olar, bütün dünya mətbəxlərinin nəfis yeməklərini təqdim edən restoranlar cəmləşib. Mərkəzin birinci mərtəbəsində hər kəsi valeh edəcək işıqlı və musiqili fəvvarənin nəinki Azərbaycanda, hətta dünyanın bir sıra ölkələrində belə bənzəri yoxdur.

"Megafun" 18000 m2 ərazini əhatə edən möhtəşəm əyləncə mərkəzidir. Burada kiçikdən böyüyə bütün ailə üzvlərinə xitab edən 200-dən çox oyun aparatı, attraksion, simulyator, təbii buz meydançası, qorxu tuneli və bir çox digər əyləncə vasitələri var. Mərkəzin böyük ərazisi müxtəlif oyunlardan ibarət coğrafi zonalara bölünür.

"Tokio" zonasında seqa oyun aparatları və simulyatorlarının ən böyük çeşidi və ən son modelləri cəmləşib. Burada istər uşaqların, istərsə də böyüklərin biganə qalmayacaqları hər növ aparat və attraksion mövcuddur.

"London" zonasında yerləşən 16 xətli bolinqdən və "Moskva" zonasında yerləşən təbii buz meydançasından istifadə etmək insanlara böyük zövq verəcək.

"Berlin" zonasında yerləşən NASCAR simulyatorları, habelə toqquşan maşınlar və "Venesiya" zonasında yerləşən toqquşan qayıqlar da insanlara gözəl anlar yaşadacaq. Ən cəsarətliləri isə kosmosa səyahət və qorxu tunelində adrenalin dolu dəqiqələr gözləyəcək.

"Megafun"un azyaşlı ziyarətçiləri üçün də hər şey ən kiçik detallara qədər düşünülüb. "Paris" zonasında onların rahatlığı və maraqlı oyunlara qoşulması üçün attraksionlar, karusellər, hətta "Cəngəllik" belə var. Uşaqların təhlükəsizliyi üçün bu ərazininn döşəməsi xüsusi rezin örtüklərlə hazırlanıb.

Bununla yanaşı, "Megafun"da 8 yerlik 3D, 4D, həmçinin 8 və 24 yerlik 5D və ən maraqlısı 24 yerlik 6D kinozalları da mövcuddur. Yaxın zamanlarda isə "Megafun"da 350 yerlik 5 və 125 yerlik 2 ən son standartlara cavab verən kinoteatr fəaliyyətə başlayacaq. Bir sözlə, "Megafun" şəhər əhalisi və qonaqların vazkeçilməz istirahət və əyləncə mərkəzinə çevriləcək, dekabrın 24-dən isə şəhər sakinləri və qonaqları üçün istifadəyə veriləcək.



Olimpiya.az | Ana səhifə | Azərbaycan | Ölkələr | Servis | Aviabiletlər | Qalereya | e-mail
© 2010 Olimpiya.az | Dizayn: www.weblabaz.info