 Florensiya şəhərində hər il olduğu kimi bu il aprel ayının 30-da “Bəyaz gecə” festivalı təşkil olunacaq. Ehtimal olunur ki, həmin gün saat 19:00-dan 22:00-dək uşaqları ilə birlikdə festivalı izləməyə gələn qonaqlara xüsusi tədbirlər təqdim olunacaq.
Həmin tədbirlərdən sonra isə musiqili çıxışları izləmək (əsasən, Anniqoni meydanında) mümkün olacaq. Gecə yarısı musiqi səslərinə ara verilsə də, festival səhərədək davam edəcək. Santa-Trinita körpüsündə isə akrobatların maraqlı çıxışını izləmək mümkün olacaq.
|