>>
Panda həvəskarları üçün otel açılacaq
Tarix : 2013-04-08
| Mayda Çinin Sıçuan əyalətinin cənubi-qərbində 32 nömrəsinin hər birində qonaqlara Çinin pandaların vətəni olduğunu xatırladacaq Haodo Panda oteli açılacaq. Ağ-qara çarpayılar və stollar, divar yazıları, pandanın ayaq izləri, və yumşaq oyuncaqlar nömrələrin interyerinin ayrılmaz hissəsi olacaq. Otelin sakinlərini əyləndirmək üçün hətta otelin heyyəti belə, bambuk ayıları kostyumları geyinəcəklər. Nömrənin dəyərinə (sutkalıq 48-80$ arası) həm də “panda qucaqlaşması” da daxil olacaq-panda kostyumu geyinmiş otel işçisi sakinlərin arzusundan asılı olaraq gecə və ya oteldən çıxışda onları qucaqlayacaq.
|
|