İdman - sağlamlığın rəhnidir!
AZ | EN | RU


Sağlam həyat


Məsləhətlər


Servis


Qidalanma


Qalereya
  Digər xəbərlər
Məsləhətlər >>

Quru və çatlamış dodaqlar üçün məlhəm

Tarix : 2014-04-04

Gənc qızların bir çoxu canlı və sağlam dodaqlar üçün müxtəlif prosedurlar tətbiq edir. Lakin, bədənin digər üzvlərindən fərqli olaraq, dodaqlar hər cür hava şəraitində müxtəlif təsirlərə məruz qalır. Soyuq və quru havalarda qurumuş və çatlamış dodaqlar yaranır. Mütəxəssislər bunun əsas səbəbini, dodaqlarda və dəridə olan nəmin kafi olmaması ilə izah edir. Bunu aradan qaldırmaq üçün uyğun məlhəm seçilməlidir. Çünki, məlhəmlər dodaqları qorumaqla, ehtiyac duyulan nəmi təmin edir.
Bəziləri pomadanı dodaq məlhəmi kimi istifadə edir. Qeyd etmək lazımdır ki, pomadalar, daha çox kosmetik məhsullar olaraq düşünülüb və ümumi gözəlliyi gücləndirmək üçün istifadə edilir. Məlhəmlər isə dodaqları nəmləndirir.
Dodaq məlhəmləri evdə hazırlanan sadə məhsullardan biridir. Bunun üçün bal mumundan, buğda toxumu, badam, kokos yağından istifadə etmək olar.
Məlhəm badam və kokos yağlarının, bal mumuna nisbəti şəklində hazırlanır (2/1), üzərinə 1 damla buğda toxumu yağı əlavə edilir.
Bu sadə qarışığı bir qabda isitmək və əsas qarışığa bal mumu incilərini əlavə edərək soyutmaq lazımdır.

 

 

 

 



Olimpiya.az | Ana səhifə | Sağlam həyat | Məsləhətlər | Servis | Qidalanma | Qalereya | ARXİV | e-mail

Copyright © Olimpiya
Dizayn Weblabaz