İdman - sağlamlığın rəhnidir!
AZ | EN | RU


Sağlam həyat


Məsləhətlər


Servis


Qidalanma


Qalereya
  Digər xəbərlər
Məsləhətlər >>

Bu üsulu Osmanlı dövründə saray qadınları kəşf edib

Tarix : 2013-11-13

Bəzi məşhurlar dəri gözəlliyini yumurta ağında və buzda görür. Məlumata görə həmin üsulu Osmanlı dövründə saray qadınları kəşf edib.

Bu təbii üsul dəri cavanlaşması üçün effektlidir. Bu üsulu tətbiq edərkən yumurtanın ağını ayırıb bir kasaya qoyun. Tərkibinə süd və bal əlavə edildikdən sonra yumurta ağını mikserlə qarışdırın. Dümağ olduqadan sonra dairəvi hərəkətlərlə dəriyə masaj edilərək tətbiq olunur. 20 dəqiqə gözlədikdən sonra yalnız ilıq su ilə yumaq lazımdır. Həftədə 2 dəfə bu prosedurları tətbiq etmək olar.

Günümüzdə bir çox sənətçilər bu cür üsullarla təbii gözəlliyə fikir verir. Türkiyəli məşhur sənətçi Burçin Terzioğlu gözəlliyinin sirri haqda danışarkən bildirib ki, makiyajdan istifadəyə üstünlük vermir. Ona yalnız çəkilişlərdə olduğu zaman makiyaj lazım olur. Makiyaj təmizliyində isə üzvi və spirtsiz məhsulları seçim edir. Sənətçinin sözlərindən aydın olur ki, o tez-tez rejim saxlayır və təbii gözəlliyi vacib sayır.

Başqa bir məşhur sənətçi Aydan Şener qatıq, soda, yumurta ağı qarışığının dəriyə faydalı olduğundan danışıb. Kivinin tərkibində C vitamini olduğundan üz dərisi üçün bu meyvədən istifadə etdiyini də bildirib.

Türkiyəli məşurlardan Ebru Şallı da hamar dəri üçün yumurta ağından istifadə etdiyini söyləyir. İllər əvvəl yumurta ağının faydalarını kəşf etdiyini və dərisinə çox yaxşı gəldiyini söyləyən Şallı, öz kitabında yumurta ağını məsləhət görür.

 


 

 



Olimpiya.az | Ana səhifə | Sağlam həyat | Məsləhətlər | Servis | Qidalanma | Qalereya | ARXİV | e-mail

Copyright © Olimpiya
Dizayn Weblabaz