İdman - sağlamlığın rəhnidir!
AZ | EN | RU


Sağlam həyat


Məsləhətlər


Servis


Qidalanma


Qalereya
  Digər xəbərlər
Məsləhətlər >>

Şəkər xəstəliyində idman dərman qədər əhəmiyyətlidir

Tarix : 2013-08-17

Türkiyə mediasına istinadən bildiyimiz məlumata görə, müntəzəm idmanın şəkər xəstəliyini nizamlama və müalicədə qidalanma və dərman istifadəsi qədər əhəmiyyətli olduğunu deyən Dr.Nilay Ergen, "şəkər xəstəliyi üç mərhələli müalicə edilir. İlk mərhələsi nizamlı və düzgün qidalanma (pəhriz), ikinci mərhələsi nizamlı məşq və üçüncü mərhələsində isə dərman müalicəsi yer alır. Lakin cəmiyyətdə çox tərs davranış var. Təəssüf ki, şəkər xəstələri əvvəlcə dərmana üz tuturlar. Yalnız, dərman qəbul edərək və ya insulin vuraraq yaxşılaşacaqlarını düşünürlər. Bu xəstəlikdə əvvəlcə xəstə, həyat tərzini dəyişdirməlidir", - deyə bildirib.

İdman edən şəkər xəstələrinin qan şəkərlərinin daha aşağı olduğunu söyləyən doktor, "nizamlı idman edən xəstələrin hemoqlobin A1c adlanan üç aylıq şəkər nisbətində ciddi enmələr müşahidə edilir. Çünki məşq, qanda yüksək olan şəkərin hüceyrələrə girməsini və hüceyrə içərisində istifadə edilməsini artırır. Şəkər istifadə edildikdə isə qan səviyyəsi düşür. Məşqin başqa bir faydası isə insulinin işini və hüceyrələrin insulinə cavabını artırmasıdır. Yəni idmanla həm insulin müqavimətini məğlub edirik, həm də şəkərin hüceyrəyə asan girməsini təmin edirik. Bu isə nəticədə şəkərin düşməsinə səbəb olur", - söyləyib.



Olimpiya.az | Ana səhifə | Sağlam həyat | Məsləhətlər | Servis | Qidalanma | Qalereya | ARXİV | e-mail

Copyright © Olimpiya
Dizayn Weblabaz