İdman - sağlamlığın rəhnidir!
AZ | EN | RU


Sağlam həyat


Məsləhətlər


Servis


Qidalanma


Qalereya
  Digər xəbərlər
Sağlam həyat >>

Yuxusuzluq nələrə səbəb ola bilər? 

Tarix : 2013-08-18

Yay fəsli gələndə hamımız daha çox yatmaq istəyirik. Bu, yazda insan orqanizmində yaranan avitaminozla bağlıdır...
Halsızlıq, yuxudan doymamaq, yorğunluq halları ən çox yaz-yay fəslində özünü göstərir. İnsana ən çox təsir edən hal isə yuxusuzluqdur. Yatmaq insanı sakitləşdirməklə yanaşı, immun sistemini də gücləndirir. Bəs yuxusuzluq yarandıqda nə baş verir?

Alimlər yuxusuzluqla artıq yatmağın insana eyni dərəcədə zərər verdiyini müəyyənləşdirib.
İnsan yuxusuzluqdan əziyyət çəkirsə, yaxud lazım olandan artıq yatırsa, onun xarici görünüşünün korlanması ilə yanaşı, beyni də qocalır. Mütəmadi olaraq yuxu pozğunluğundan əziyyət çəkən insanların beyni düz 7 il tez qocalır.

Həkim-kardioloqların açıqlamalarında bildirilir ki, yuxu insanın mərkəzi sinir sistemini sakitləşdimək və beyinin qidalanması üçün yeganə zamandır. Onun sözlərinə görə, sutkanın həmin zamanında beyinlə yanaşı, insanın bütün orqanları dincəlir. İnsan ac 40 gün qala bildiyi halda, yuxusuz cəmi 7 gün yaşaya bilər.

Yuxu zamanı maddələr mübadiləsi nisbətən aşağı düşür: “Ona görə də, gecə saat 3-4 radələrində insanda üşümə baş verir. Yuxu mərkəzi sinir sisteminin sakitlik halı deməkdir. Yuxusuzluq olarsa, insanda müəyyən patoloji və nevroz halları baş verə bilər”.

Yuxunun insan ömrünə təsirinə toxunan həkimlər hesab edir ki, insan yatarkən və oyaq olarkən onun ömrü gedir. Ancaq dolayısı ilə yuxu anında maddələr mübadiləsi aşağı düşdüyünə görə, normal yatan insanlarda ömür uzun olur.

Gecə işləyənlərə yuxusuzluq necə təsir edir?

Həkim-psixoterapevtlər hesab edirlər ki, insan yuxusuz olduqda, onun psixi durumnda neqativ hallar baş verir. Bu zaman beynin fəaliyyəti zəifləyir, yaddaş, diqqət, işin keyfiyyəti azalır, bu da insanlarla münasibətdə böyük problemlər yaradır. Belə insanların ailəsində, yoldaşlığında problemlər olur. Kişilərdə yuxusuzluq uzun müddət davam edirsə və qeyri-normal yuxu ritmi olursa, onlarda potensiya aşağı düşür.

İnsan orqanizmi elə qurulub ki, insan gündüz işləməli, gecə yatmalıdır. Buna tibbdə bioloji ritm deyirlər. Bu bioloji ritm pozulanda insan istər-istəməz, öz bədəninə müdaxilə edir. Elə adamlar var ki, yuxusuzluğu götürə bilmirlər. Yəni bu zaman əsəb xəstəliyi, depressiyalar, mədə-bağırsaq xəstəlikləri əmələ gələ bilər. Amma bu, o demək deyil ki, gecə işlərində işləyənlər xəstələnir.

Psixoterapevtlərin fikrincə, əgər insan gecə işi zamanı özünü pis hiss edirsə, mütləq adi iş rejiminə qayıtmalıdır.



Olimpiya.az | Ana səhifə | Sağlam həyat | Məsləhətlər | Servis | Qidalanma | Qalereya | ARXİV | e-mail

Copyright © Olimpiya
Dizayn Weblabaz