İdman - sağlamlığın rəhnidir!
AZ | EN | RU


Sağlam həyat


Məsləhətlər


Servis


Qidalanma


Qalereya
  Digər xəbərlər
Sağlam həyat >>

Ayağı-ayaq üstünə aşırmaq varikoz yaradır

Tarix : 2013-04-14

Həkim qanın daha düzgün dövriyyəsi üçün oturma şəklinə diqqət etmənin labüd olduğunu vurğulayır.
Ayağı-ayaq üstünə aşıraraq oturmaq qanın dövriyyəsini məhdudlaşdırır və varikoz riski yaradır. Bu, radiodiaqnostika mütəxəssisi Əli Rza Nəcəfzadənin araşdırmaları nəticəsində məlum olub. "Ayağı ayaq üstünə aşıraraq oturmanın bəzi təhlükəli tərəfləri var. Belə oturuş qanın yuxarıya axmasının qarşısını aldığı üçün varikoz yaradır və çoxalmasına səbəb olur. Varikoz şikayəti olanlar vəya xüsusilə belə bir şübhəyə sahib insanların bu cür oturmasını məsləhət görmürük".

Nəcəfzadə qanın bədəndə daha düzgün dövriyyəsi üçün oturma şəklinə diqqət etmənin labüd olduğunu vurğulayır. "Diz oynağının və çanaq oynağının rahat olacağı hündürlük və doğruluq nisbəti var. Nə hündürdə olaraq ayaqlar asılı qalmamalı, nə də çox aşağı olaraq diz bucağı daralmamalıdır".

Radiodiaqnostika mütəxəssisi bununla kifayətlənməməyi, bəzi məşqlər də etməyi məsləhət görür. "Hökmən məşqlər etməliyik. Təmiz havaya çıxmalı, lazım olsa C və digər vitaminləri qəbul etməliyik. Ayaqüstə çox dayanmamağa diqqət etməliyik. Nəqliyyatda uzun müddət davam edəcək səyahətlərdə hökmən ayaq və qıç məşqləri etməliyik".



Olimpiya.az | Ana səhifə | Sağlam həyat | Məsləhətlər | Servis | Qidalanma | Qalereya | ARXİV | e-mail

Copyright © Olimpiya
Dizayn Weblabaz