Jezniçakın yeni klubu bilindi - rəsmi

"Qarabağ"dan ayrılan Yakub Jezniçakın yeni klubu müəyyənləşib.

Olimpiya.az xəbər verir ki, polşalı müdafiəçi karyerasını ölkəsinin "Visla" klubunda davam etdirəcək. Bu barədə Ploçk təmsilçisinin saytı məlumat yayıb. 32 yaşlı oyunçu ilə 1+1 illik müqavilə imzalanıb. O, yeni klubunda 25 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, "Visla" ötən mövsüm Polşa Ekstraklasını 14-cü sırada başa vurub.