Super liqa klubunda 3 ayrılıq

Türkiyənin "Başakşəhər" klubu üç futbolçu ilə yolları ayırıb.

Olimpiya.az xəbər verir ki, Emmanuel Adebayor, Riad Bayiç və Sərdar Taşçı ilə bitən müqavilə uzadılmayıb. Bu barədə klubun prezidenti Göksəl Gümüşdağ məlumat verib.

Qeyd edək ki, Adebayor 2017-ci ildən, Bayiç və Taşçı isə bu ilin yanvarından "Başakşəhər"də çıxış edirdi.