"Atletiko"nun daha bir üzvü ayrılmaq istəyir

Sloveniya millisinin üzvü Yan Oblak "Atletiko"dan ayrılmağa qərar verib.

Olimpiya.az ESPN-ə istinadən xəbər verir ki, 26 yaşlı qolkiper gələn mövsüm "Mançester Yunayted"də çıxış etmək istəyir.

Xəbərdə Oblakın sərbəst qalma dəyərinin 120 milyon avro olduğu vurğulanıb.

Madrid klubu qapıçını 2014-cü ildə "Benfika"dan 16 milyon avroya transfer etmişdi. Oblak son mövsüm 46 oyuna qapısından 38 top buraxıb və 24 oyunda çərşivəni toxunulmaz saxlayıb.