"Qəbələ"nin hazırlıq planı bəlli oldu

Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Qəbələ"nin hazırlıq planı bəlli olub.

Olimpiya.az xəbər verir ki, "qırmızı-qaralar" ayın 15-i Qəbələdə toplaşacaq. Komanda iyunun 29-na kimi hazırlıq keçəcək.

Sənan Qurbanovun kollektivi "Zirə"ylə yoxlama görüşü keçirməyi planlaşdırır.

"Qəbələ" iyulun 4-dən etibarən Türkiyənin Bolu şəhərində 2 həftəlik təlim-məşq toplanışı keçirəcək.

Qeyd edək ki, "Qəbələ" Avropa Liqasında mübarizəyə II tənisfat mərhələsindən başlayacaq.