Millimiz darmadağınla məğlub oldu - YENİLƏNİB

Milli komandamız bu gün Avro-2020-nin seçmə mərhələsində 3-cü oyununa çıxıb.

Olimpiya.az xəbər verir ki, yığmamız Bakıda Slovakiya millisini qəbul edib. Qrupda keçirdiyi ilk iki oyunda Xorvatiya və Macarıstana uduzan millimiz bu dəfə daha ağır məğubiyyətlə üzləşib - 1:5. Slovakiya bu qələbə ilə liderliyə yüksəlib.

E qrupunun digər oyununda isə 3 gün əvvəl Bakıda millimizi məğlub edən (3:1) Macarıstan evdə Uelsi qəbul edəcək.

11 iyun
Avro-2020-nin seçmə mərhələsi

E qrupu

20:00. Azərbaycan - Slovakiya - 1:5
Qol
: Ramil Şeydayev, 28 - Stanislav Lobotka, 8, Yuray Kuçka, 27,Marek Hamşik, 30, 57, David Hançko, 85
Hakimlər: Con Biton, Alan Malvenni, Sin Karr, Donald Robertson (hamısı Şotlandiya)
Bakı. "Bakcell Arena"