Zidan oğlunu ikinci qapıçı edir

"Real"ın baş məşqçisi Zinəddin Zidan oğlu Luka Zidanı komandanın ikinci qapıçısı etmək istəyir.

Olimpiya.az-ın "Marca"ya istinadən yaydığı xəbərə görə, qolkiper Keylor Navası satmağa hazırlaşan fransalı mütəxəssis növbəti mövsümdən əsas qapıçı Tibo Kurtua oynamayacağı təqdirdə, oğluna şans verməyi düşünür. Onun oğlu ilə hazırda "Leganes"də icarə əsasənda çıxış edən Andrey Lunin arasında böyük fərq görmədiyi bildirilib. Buna görə çalışdırıcı L.Zidanı ikinci qapıçı etməyi planlaşdırır.

Qeyd edək ki, L.Zidan bu mövsüm "Real"ın əsas komandasında cəmi 1 matçda oynayıb.