“Qarabağ” daha bir futbolçusu ilə vidalaşır

“Qarabağ” klubu yay fasiləsində daha bir legioner futbolçusu ilə yollarını ayıracaq.

Olimpiya.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Con Delarjın xidmətində maraqlı deyil.

Bu ilin yanvarında intizamsızlığa görə əsas heyətdən kənarlaşdırılan forvardın satılması və ya icarəyə verilməsi mümkündür.

Qeyd edək ki, “Qarabağ” mövsüm başa çatandan sonra Yakub Jezniçak, İnnosent Emeqara və Reynaldo Silva ilə yollarını ayırıb.