İtaliya klubu satışa çıxarıldı

İtaliya A Seriyası təmsilçisi “Cenoa” satışa çıxarılıb.

Olimpiya.az xəbər verir ki, bu barədə “Cenoa”nın prezidenti Enriko Presiozi klubun saytına açıqlamasında deyib. Klubun satışı ilə maliyyə şirkəti məşğul olacaq.

Presiozi 2003-cü ildən “Cenoa”ya rəhbərlik edir.

“Cenoa” A Seriyasında 36 turdan sonra 36 xalla 17-ci sırada qərarlaşıb.