"Barselona" "Ayaks"ın kapitanı ilə razılaşdı

"Barselona" "Ayaks"ın kapitanı Matteys De Liqtin transferini yekunlaşdırmaq üzrədir.

Olimpiya.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, 19 yaşlı müdafiəçinin agenti Mino Rayola ilə danışıqlar aparan Kataloniya klubunun nümayəndələri razılıq əldə ediblər. Yaxın günlərdə hollandiyalı oyunçu ilə rəsmi müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, "Barselona"nın bu transfer üçün "Ayaks"a 70-75 milyon avro arasında təzminat ödəyəcəyi gözlənilir.