Essyen Bakıya gəldi: "Səbail" - "Qarabağ" oyununu izləyəcək

"Səbail"in heyətinə qatmaq istədiyi dünyaca məşhur futbolçu Maykl Esyen Bakıya gəlib.

Olimpiya.az-ın xəbərinə görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, bu gün paytaxtımıza gələn qanalı futbolçu "Bayıl Arena"da keçiriləcək "Səbail" - "Qarabağ" oyununu da tribunadan canlı izləyəcək.

Qeyd edək ki, Esyenin yaxın 1-2 gündə "Səbail"lə rəsmi müqavilə imzalayacağı gözlənilir. Vaxtı ilə "Lion", "Çelsi", "Real" və "Milan" kimi komandaların formasını geyinmiş yarımmüdafiəçinin Bakı klubu ilə sözləşməsinin müddəti bu mövsümün sonu və növbəti mövsümü əhatə edəcək.

Xatırladaq ki,Esyen bir neçə gün öncə UEFA Avropa Liqasının Bakıda keçiriləcək finalı ilə bağlı paytaxtımızda təşkil olunan "Ulduzlar finalı"nda da meydana çıxmışdı.