Premyer Liqamızda 3-cü dövrəyə yekun vurulub - YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında 21-ci turun oyunları keçirilib.

Olimpiya.az-ın məlumatına görə, bununla da çempionatda 3-cü dövrəyə yekun vurulub.

"Sabah" "Sumqayıt"ı qəbul edib və bərabərə qalıb - 1:1, "Zirə"  isə "Keşlə"yə doğma meydanda 2:0 hesabı ilə qalib gəlib.

Turun digər matçında ikinci yerdə olan "Qarabağ" üçüncü pillədə yer alan "Səbail"in qonağı olub. Matç Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə öncəsi son oyunda lider "Neftçi" "Qəbələ"ni qəbul edib və heç-heçə edib - 1:1. Beləliklə, Premyer Liqamızda   yenə ikihakimiyyətlilik yaranıb. "Neftçi" və "Qarabağ" turnir cədvəlində 1-2-ci pillələri bölüşdürür.

15 mart (cümə)

19:00. "Neftçi" - "Qəbələ" - 1:1
Qollar
: Mamadu Mbodj, 54 (1:0), Stiven Monroz, 72 (1:1)
Hakimlər: Səbuhi Bayramov, Yaşar Abbasov, Müslüm Əliyev, Etibar Həsənov
Bakcell Arena

16:45. "Səbail" - "Qarabağ" - 1:2
Qollar
: Dani Kintana, 34 (0:1), Ağabala Ramazanov, 42 (1:1), Riçard Almeyda, 77-pen (1:2)
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Namiq Hüseynov, Rəhim Həsənov
Bayıl Arena

16:00. "Sabah" - "Sumqayıt" - 1:1
Qollar
: Elvin Məmmədov, 40 (0:1), Rəşad Eyyubov, 77 (1:1)
Qırmızı vərəqə: Marko Deviç, 28 ("Sabah"-ikinci sarı vərəqə)
Reallaşdırılmayan penalti: Cavid İmamverdiyev, 32-qapı dirəyi ("Sabah")
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Cavanşir Yusifov, Vüqar Həsənli
Əlincə Arena

16:00. "Zirə" - "Keşlə" - 2:0 
Qollar
: Sezar Rodriqez, 68,79
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Rauf Allahverdiyev
Zirə İdman Kompleksinin stadionu