"Real"dan ilk transfer - 50 milyon avroya

Madridin "Real" klubunun yayda transfer edəcəyi ilk futbolçu bəlli olub.

Olimpiya.az "Marca"ya istinadən xəbər verir ki, "kral klubu" "Portu"nun futbolçusu Eder Miliatonu transfer edib.

Braziliya millisinin üzvü üçün "əjdahalar"a 50 milyon avro ödəniləcək. 21 yaşlı dayaq yarımmüdafiəçisi ilə 6 illik anlaşma əldə edilib.

Qeyd edək ki, "Portu" braziliyalı futbolçunu 2018-ci ildə "San-Paolo"dan 8 milyon avroya transfer etmişdi.