"Barselona" darmadağınla 1/4 finala yüksəldi - VİDEO

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Olimpiya.az xəbər verir ki, “Barselona” evdə ilk oyunda 0:0 hesablı heç-heçə etdiyi “Lion”u qəbul edib. Oyunda meydan sahibləri 5:1 hesablı qələbə qazanıb. Bu nəticə katalonları 1/4 finala yüksəldib.

"Barselona" - "Lion" - 5:1
Qollar
: Lionel Messi, 18, (pen.), 78, Filippe Koutinyo, 31, Jerar Pike, 81, Usman Dembele, 86 - Luka Tuzar, 58
İlk oyun - 0:0