UEFA Neymara intizam işi açdı

UEFA PSJ-nin futbolçusu Neymarla bağlı intizam işi açıb.

Olimpiya.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb braziliyalı hücumçunun Çempionlar Liqasının 1/8 finalının “Mançester Yunayted”lə cavab oyunundan (1:3) sonra hakimlər haqqında təhqiramiz ifadələr işlətməsidir.

27 yaşlı forvard matçın sonuna artırılan uzatma dəqiqələrində komandasının qapısına verilən penalti qərarını sərt şəkildə tənqid edib. Neymarı hansı cəzanın gözlədiyi hələlik bilinmir.

Xatırladaq ki, PSJ sözügedən penaltidən buraxdığı qol sayəsində Çempionlar Liqasında mübarizəni dayandırıb.