"Barselona" və "Liverpul" 1/4 finalda - YENİLƏNİB

Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Olimpiya.az xəbər verir ki, keçirilən iki oyunla sonuncu 1/4 finalçılar da müəyyənləşib.

“Barselona” öz meydanında “Lion”u, “Bavariya” isə “Liverpul”u qəbul edib. Komandalar arasında keçirilən ilk oyunlarda qolsuz bərabərlik qeydə alındığından şanslar bərabər qiymətləndirilirdi. "Liverpul" səfərdə, "Barselona" isə evində qələbə qazanaraq növbəti mərhələyə vəsiqə qazanıb.

Çempionlar Liqası

1/8 finalın cavab oyunları

13 mart

00:00. "Barselona" - "Lion" - 5:1
Qollar
: L. Messi, 18-penalti (1:0), 78(3:1), F. Koutinyo, 31 (2:0), L. Tusar, 59 (2:1), J. Pike, 81 (4:1), U. Dembele, 86 (5:1)
İlk oyun - 0:0

00:00. "Bavariya" - "Liverpul" - 1:3
Qollar
: S. Mane, 26 (0:1), 84 (1:3), J. Matib, 38-avtoqol (1:1), V. van Deyk, 69 (1:2)
İlk oyun - 0:0