Azərbaycan cüdoçuları beynəlxalq təlim-məşq toplantısında

Gələcək beynəlxalq yarışlara hazırlıqlarını davam etdirən cüdo üzrə milli komandamızın üzvləri hazırda Çexiyadadır.

Olimpiya.az xəbər verir ki, Çex Respublikasının Nimburk şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplantısında aparıcı cüdoçularımız iştirak edirlər. Avropa Cüdo İttifaqının təşkilatçılığı ilə baş tutan məşqlərə Azərbaycan cüdoçuları ilə yanaşı Fransa, Koreya, Monqolustan, Almaniya, Rusiya, İtaliya, Braziliya, Çexiya, Ukrayna, İspaniya, Gürcüstan, Hollandiya və digər ölkələrin yığmaları qatılıb.

Qeyd edək ki, cüdoçularımız mart aprel aylarında Tbilisi və Antalya Qran-Prisində mübarizə aparacaqlar.