"Azərbaycan sürətlə böyüyən və inkişaf edən ölkədir" - Karlo Ançelotti

"Azərbaycan sürətlə böyüyən və inkişaf edən ölkədir".

Olimpiya.az xəbər verir ki, bu sözləri "Napoli"nin baş məşqçisi Karlo Ançelotti Bakıda keçiriləcək Avropa Liqasının final oyunu barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis ölkəsinin mətbuatına açıqlamasında özü Azərbaycana gəlməsə də, köməkçisinin ölkəmizdə olduğunu bildirib: "1995-ci ildə Polşanın "Vidzev" komandası ilə Çempionlar Liqasının oyununda üz-üzə gələcəkdik. Məşqçimizi göndərdik ki, gedib Bakıda potensial rəqibimizin oyununa baxsın".

Qeyd edək ki, sözügedən oyun 1997-ci ilin iyul ayında Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Bakıda "Neftçi" ilə "Vidzev" arasında keçirilib. "Ağ-qaralar" Bakıda 0:2, səfərdə isə 0:8 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.