Azərbaycan cüdoçuları Avstriyada

Avstriyanın Mittersill şəhərində cüdo üzrə ənənəvi beynəlxalq təlim-məşq toplantısı keçirilir.

Olimpiya.az xəbər verir ki, toplantıda dünyanın 52 ölkəsinin atletləri ilə yanaşı, Azərbaycan cüdoçuları da iştirak edirlər.

Mittersill toplanışına bu dəfə də olimpiya, dünya, qitə çempionatlarının mükafatçıları, onların məşqçiləri qatılıblar. Milli komandamızın üzvləri baş məşqçi Ruslan Maşurenkonun başçılığı altında gündə 2 dəfə məşq edərək, gələcəkdə keçiriləcək mötəbər yarışlara hazırlaşırlar.

Beynəlxalq təlim-məşq toplanışı yanvarın 15-dək davam edəcək.