"Arsenal" məğlub oldu - VİDEO

İngiltərə Premyer Liqasında 22-ci tura start verilib.

Olimpiya.az-ın məlumatına görə, turun açılış oyununda "Arsenal" səfərdə "Vest Hem"in qonağı olub. Görüş "topçular"ın məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, hazırda "Arsenal" 41 xalla 5-ci pillədə qərarlaşıb.

"Vest Hem" 1-0 "Arsenal"

Qol: Deklan Rays, 48