"Barselona" Koutinyonun qiymətini açıqladı

"Barselona" "Mançester Yunayted"in transfer etmək istədiyi futbolçusu Filipp Koutinyoya qiymət qoyub.

Olimpiya.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, İngiltərə klubu 140 milyon avro ödəyəcəyi təqdirdə, Kataloniya təmsilçisi braziliyalı yarımmüdafiəçini satacaq.

Qeyd edək ki, F.Koutinyo bu mövsüm 24 matçda 6 qol vurub, 4 qolun ötürməsini verib.