Almeyda "Qarabağ"da - rəsmi

"Qarabağ" millimizin və Qazaxıstan "Astana"sının futbolçusu Riçard Almeydanı heyətinə cəlb edib.

Olimpiya.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən yaydığı xəbərə görə, Ağdam təmsilçisi sosial şəbəkədə "Maestro geri döndü" və 29 yaşlı yarımmüdafiəçinin fotosunda "Evinə xoş gəldin, Almeyda" yazıb.