Xorvatiya yığmasında itki - millimizlə oyunu buraxacaq

AÇ-2020-nin seçmə mərhələsində ilk oyununu millimizə qarşı keçirəcək Xorvatiya yığması görüşə ciddi itki ilə çıxacaq.

Olimpiya.az xəbər verir ki, UEFA komandanın aparıcı üzvlərindən olan Deyan Lovreni bir oyunluq cəzalandırıb.

Buna səbəb "Liverpul"lu müdafiəçinin Millətlər Liqasının qrup mərhələsinin sonuncu turunda evdə İspaniyanı 3:2 hesabı ilə məğlub etdikləri görüşün ardından sosial şəbəkədə rəqib oyunçuları təhqir etməsi olub.

Qeyd edək ki, Xorvatiya martın 21-də öz meydanında millimizlə qarşılaşacaq.