"Qarabağ"ın Antalyada beşinci günü - VİDEO

“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

Olimpiya.az klubun saytına istinadən xəbər verir ki, komanda hazırlığın beşinci gününü tək məşqlə başa vurub. Yerli vaxtla 17:30-da başlayan məşq təxminən 90 dəqiqə davam edib. Futbolçular isinmə hərəkətlərinin ardından toplu çalışmaları yerinə yetirib və "kvadrat"la məşqi başa vurub.