"Qarabağ"ın rəqibində yeni baş məşqçi açıqlandı

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi Portuqaliya "Sportinq"inin yeni baş məşqçisi müəyyənləşib.

Olimpiya.az klubun saytına istinadən xəbər verir ki, Lissabon təmsilçisi Marsel Keyzerə həvalə olunub.

44 yaşlı hollandiyalı mütəxəssis 2021-ci il iyun ayının 30-na kimi komandaya rəhbərlik edəcək.

Qeyd edək ki, "Sportinq" noyabrın 5-də baş məşqçi Joze Pezeyrunu istefaya göndərib. Komanda sentyabrın 20-də "Qarabağ"la Lissabonda keçirdiyi görüşdə qələbə qazanıb - 2:0. Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar.