“Qarabağ”ın oyunu dayandırıldı

Avropa Liqasının qrup mərhələsinin IV turunun Ukraynada keçirilən  "Vorskla" - "Qarabağ" matçında məcburi fasilə yaranıb.

Olimpiya.az xəbər verir ki, buna yerli azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi, onları meydana atması səbəb olub. 50-ci dəqiqədə baş verən hadisələrdən sonra görüşün hakimləri görüşü bir neçə dəqiqəlik dayandırmaq məcburiyyətində qalıb.