"Keşlə"nin legioneri milliyə dəvət aldı

"Keşlə"nin futbolçusu Duallo Samba Quidileye Mavritaniya milli komandasına çağırılıb.

Olimpiya.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, yarımmüdafiəçi Afrika Kubokunun seçmə mərhələsində Botsvana yığması ilə oyun üçün yığmaya dəvət alıb.
 
Qeyd edək ki, matç noyabrın 18-də keçiriləcək.