Nikola Anelka Fransa klubunda məşçiliyə başladı

Fransa millisinin sabiq futbolçusu Nikola Anelka məşqçiliyə başlayıb.

Olimpiya.az xəbər verir ki, 39 yaşlı keçmiş hücumçu Fransanın “Lill” klubunda işləyəcək. O, bu klubun aşağı yaş qrupu üzrə komandalarında hücumçu məşqçisi kimi fəailiyət göstərəcək. Bu barədə klubdan rəsmi açıqlama verilib:

“Lill” klubu olaraq Anelka ilə anlaşdığımız üçün çox qürurluyuq. Təcrübəsi ilə gənc futbolçulara kömək edəcəyinə əminik”.

Anelka futbolçu kayrerasını 2016-cı ildə bitirib. O, futbolçu karyerası ərzində “Arsenal”, “Real”, PSJ, “Çelsi”, “Mançester Siti”, “Fənərbaxça” kimi klublarda forma geyinib.