"Qarabağ"dan azarkeşlərə müraciət

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Vorskla" ilə səfər oyununu izləyəcək azarkeşlərə müraciət edib.

Olimpiya.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, müraciətdə bildirilir:

"Bu gün "Qarabağ"ımız səfərdə Ukraynanın "Vorskla" klubunun qonağı olacaq. Bu matçı izləmək istəyənlər azarkeşlərimizin stadionun 12-13-cü sektorlarda yer alması xahiş olunur. Azarkeşlərimiz üçün Ukrayna vaxtıyla saat 19:30 - 21:30 arası qeyd olunan sektorların qarşısında bilet satışı baş tutacaq".

Qeyd edək ki, "Vorskla" - "Qarabağ" görüşü bu gün Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.