"Qarabağ"dan "Vorskla" üzərində əzmkar qələbə - YENİLƏNİB

Bu gün Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçirilib.

Olimpiya.az-ın xəbərinə görə, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb.

Ağdam təmsilçisi Ukraynada “Vorskla”nın qonağı olub. Bakıda bu rəqibinə 0:1 hesabı ilə uduzan Qurban Qurbanovun komandası Poltavada məğlubiyyətin əvəzini çıxmağı bacarıb. 1:0 hesabı ilə qalib gələn "Qarabağ" qrupda ilk qələbəsini qazanıb.

Qrupun digər oyununda “Arsenal” “Sportinq”i qəbul edib. Görüş qolsuz bərabərliklə başa çatıb.

Avropa Liqası

Qrup mərhələsi, IV tur

E qrupu

00:00. "Vorskla” (Ukrayna) - "Qarabağ” (Azərbaycan) - 0:1

Qol: Araz Abdullayev, 13 (pen)

Baş hakim: Sandro Şörer (İsveçrə)
Aleksey Butovski adına stadion

00:00."Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə) - 0:0