Fərid Nəbiyev Çexiyada dubla imza atıb

Çexiyanın gənclər liqasında 12-ci turun oyunları keçirilib.

Olimpiya.az xəbər verir ki, U-21 millimizin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Slaviya” səfərdə Plzen "Viktoriya"sı ilə 3-3 hesablı heç-heçə edib.

Nəbiyev start heyətdə meydana çıxıb və 2-ci və 3-cü pay sahibi olub (15 və 34-cü dəqiqələrdə). Nəbiyev qarşılaşmada sarı vərəqə də alıb.

“Slaviya”nın U-21 komandası hazırda 11 xalla 12 komanda arasında 11-ci pillədə qərarlaşıb. Gənc yarımmüdafiəçi Praqa klubunun heyətində cari mövsüm 8 qol vurub.