"Monako"da baş məşqçi istefaya göndərilir

"Monako" bu gün baş məşqçisi Leonardo Jardimi istefaya göndərə bilər.

Olimpiya.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, yaxın vaxtlarda bununla bağlı klubun rəsmi açıqlama yayacağı gözlənilir.

Yeni baş məşqçi vəzifəsinə isə əsas namizədlərin Tyerri Anri və Kladio Ranyeri olduğu iddia olunub.

Qeyd edək ki, "Monako" hazırda 6 xalla 18-ci pillədə qərarlaşır. Bu isə klubun tarixində ən uğursuz startdır.