Milli komandamız üçün tanış hakim

UEFA Millətlər Liqasının 3-cü turunun Azərbaycan - Malta oyununun baş hakimi İvan Bebek ölkəmiz üçün tanış referidir.

Olimpiya.az-ın məlumatına görə, xorvatiyalı ədalət təmsilçisi 5-ci dəfə Bakıda bizim oyunumuzu idarə edəcək. Bundan əvvəl 2005-2006 mövsümündə Avropa Liqasının birinci təsnifat mərhələsinin “Neftçi” - “Hafnarfyordur” matçında (2:0) fit çalan xorvatiyalı referi 2015-2016 mövsümündə həmin turnirin qrup mərhələsinin “Qəbələ” - “Borussiya” görüşünü (1:3), növbəti mövsümdə isə “Qarabağ” - “Fiorentina” qarşılaşmasını (1:2) idarə edib.

Bebek həmçinin AÇ-2008-in seçmə mərhələsində keçirilən və millimizin 0:2 hesablı məğlubiyyəti ilə başa çatan Azərbaycan - Portuqaliya oyununun baş hakimi olub.