Azərbaycan - Malta: hakimlər açıqlandı

UEFA Millətlər Liqasının D Divizionunun IV turunda keçiriləcək Azərbaycan " Malta oyununa təyinatlar açıqlanıb.

Olimpiya.az xəbər verir ki, oyun xorvatiyalı FIFA referisi İvan Bebekə tapşırılıb.

14 oktybar

20:00 Azərbaycan - Malta

Baş hakim: İvan Bebek

Yan xətt hakimləri: Tomislav Petroviç, Miro Qrqiç
Dördüncü hakim: Qoran Pataki
Əlavə köməkçi hakimlər: Mario Zebeç, Qoran Qabrilo (hamısı Xorvatiya)
Hakim-inspektor: Yannis Tsaxilidis (Yunanıstan)
UEFA nümayəndəsi: Vladimir Heninson (Ukrayna)

Bakı Olimpiya Stadionu