"Keşlə" daha bir legioner aldı

"Keşlə" Toqo millisində oynamış hücumçu Jonatan Eiteni transfer edib.

Olimpiya.az-ın xəbərinə görə, bununla bağlı məlumat "Transfermarkt" saytında yayılıb. 33 yaşlı oyunçu bu mövsümün sonuna kimi Bakı klubunda çıxış edəcək.

Qeyd edək ki, J.Eite ötən mövsüm "Samsunspor"da oynayıb və 20 oyuna 3 qol vurub.

Klubun mətbuat xidmətinin yaydığı xəbərə görə, toqolu hücumçu 2018/19 mövsümünün sonunadək "Keşlə"də oynayacaq.