Məşhur futbolçu məşqçiliyə başlayıb

İngiltərə yığması və "Çelsi" klubunun sabiq futbolçusu Con Terri “Aston Villa” komandasına köməkçi-məşqçi təyin olunub.

Olimpiya.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı veteran müdafiəçi bundan belə komandaya yeni baş məşqçi təyin olunan Din Smitin köməkçisi vəzifəsində çalışacaq.

Qeyd edək ki, bir neçə gün öncə peşəkar futbolçu karyerasın sonlandıran sabiq müdafiəçi ötən mövsüm “Aston Villa”nın heyətində 36 oyunda iştirak edib və 1 qol vurub.

İngiltərə Çempionşipində çıxış edən “Aston Villa” hazırda 15 xalla 15-ci pillədə qərarlaşıb.

Manaf QASIMBƏYLİ