"Qarabağ"ın rəqibi hazırlıq planını açıqladı

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Vorskla”nın hazırlıq planı müəyyənləşib.

Olimpiya.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Poltava təmsilçisi Ukrayna çempionatının ikinci dövrəsinin hazırlığına oktyabrın 12-də başlayacaq. Hazırlığın ilk günlərində milli komandaların düşərgəsində olan futbolçular iştirak etməyəcəklər. Fasilə müddətində komanda heç bir yoxlama matçı keçirməyəcək. Sadəcə, oktyabrın 13-də ikitərəfli oyun olacaq.

Qeyd edək ki, “Vorskla” ikinci dövrədə ilk oyununu oktyabrın 20-də evdə Kiyev “Dinamo”suna qarşı keçirəcək. Poltavalılar 5 gün sonra Avroliqanın qrup mərhələsinin 3-cü turunda Bakıda "Qarabağ"ın qonağı olacaq.