Premyer Liqaya yüksələn "Fulhem"dən 5 transfer daha 

"Fulhem" İngiltərədə transfer pəncərəsinin son günündə 5 futbolçunu heyətinə qatıb.

Olimpiya.az xəbər verir ki, London klubu "Sevilya"dan İspaniya millisinin də üzvü olan 24 yaşlı qapıçı Serxio Riko, Madrid "Atletiko"sundan argentinalı hücumçu Lusiano Vietto və "Mançester Yunayted"dən 20 yaşlı hollandiyalı müdafiəçi Timoti Fosu-Mensah icarəyə götürülüblər.

Premyer Liqa klubu "Marsel"in 22 yaşlı kamerunlu yarımmüdafiəçisi Andre Zambo-Andrissanı və "Bristol Siti"nin 24 yaşlı ingilis sol cinah müdafiəçisi Co Brayanı transfer edib. Zambo-Andrissanın transferi 34, Brayanın isə 6,7 milyon avroya başa gəlib.