Olimpiya.az

"Everton"dan son gündə 3 transfer

İngiltərənin “Everton” klubu heyətini yeni futbolçularla gücləndirib.

Olimpiya.az xəbər verir ki, Premyer Liqa təmsilçisi transferin son günündə, 3 futbolçunun transferini açıqlayıb.

“Everton”un yeni transferlərindən biri Ukraynanın “Şaxtyor” klubundan aldığı Bernarddı. 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Braziliyalı forvard 2013-cü ildən Donetsk təmsilçisinin şərəfini qoruyurdu. Karyerasına “Atletiko Mineyro”da başlayan Bernard bu komandanın 2013-cü ildə Libertadores Kubokunu qazanmasında əsas pay sahiblərindən biri olub. O, Braziliya yığmasında 14 oyun keçirib.

Premyer Liqa təmsilçisinin digər transferi “Barcelona”dan heyətə cəlb olunan Yerri Minadı. DÇ-2018-də ən çox qol vuran müdafiəçi kimi diqqət çəkən kolumbiyalı futbolçu 30.25 milyon avro + 1,5 milyon avro bonus qarşılığında transfer olunub. Amma Kataloniya klubu bu futbolçusunu yenidən geri almaq şərti ilə satıb.

İngiltərə klubunun digər transferi də “Barselona”dandı. “Everton” bu klubdan Andre Qomesi 1 illik icarəyə götürüb. İngilislər buna görə Kataloniya klubuna 2.25 milyon avro ödəyəcəklər.