"Sumqayıt" Maqomedovla müqavilə imzaladı

2018-19 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçu ilə heyətini gücləndirib. Olimpiya.az-ın klubun saytına istinadən məlumatına görə, yarımmüdafiəçi Qvanzav Maqomedov “gənclik şəhəri” təmsilçisi ilə anlaşıb.
Son mövsümü “Sabah”da keçirən Maqomedov yeni komandası ilə 1 illik müqavilə imzalayıb. O, “Sumqayıt”da 44 nömrəli formada çıxış edəcək.