"Samtredia" - "Qarabağ" matçı canlı yayımda

Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçiriləcək “Samtredia” - “Qarabağ” oyunu canlı yayımlanacaq.
 
Olimpiya.az saytının məlumatına görə, 18 iyul saat 21:00-da Boris Payçadze adına stadionda başlanacaq oyun İdman Azərbaycan kanalının canlı yayımında olacaq.
 
Qeyd edək ki, komandalar arasında ilk görüş “Qarabağ”ın 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.