"Ayaks"ın gənc futbolçusu gəzə bilməyəcək

Ötən həftə "Verder"lə yoldaşlıq görüşündə huşunu itirən və komaya düşən "Ayaks"ın gənc futbolçusu Abdelhak Nurinin karyerası erkən başa çatıb. Onun beynində ciddi pozulmalıar aşkarlanıb.

Olimpiya.az xəbər verir ki, Nurinin böyük qardaşı Abderrahim onun böyük ehtimalla gəzə, danışa və insanları tanıya bilməyəcəyini deyib.

"Biz təslim olmuruq. Taleyin hökmünə təslim olmalıyıq. Biz onun sağalması üçün dua edirik. Dünya həyatı müvəqqətidir" - Abderrahim bildirib.

Qeyd edək ki, Nuri "Ayaks"ın əvəzedici komandasında 45 oyun keçirib. 20 yaşlı yarımmüdafiəçi aktivinə 11 qol yazdırıb.